“Səni tərənnüm edirəm Azərbaycan” adlı şeir və mahnı müsabiqəsi keçirilir

Bakı şəhər məktəblilərində nitq mədəniyyətinə, bədii ifaçılığa, şeirə, sənətə, incəsənətə olan marağı artırmaq, bu sahədə şagirdlərin bacarıqlarının, yaradıcılıq potensialının müəyyənləşdirilməsi və inkişaf etdirilməsinə dəstək vermək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Səni tərənnüm edirəm Azərbaycan” adlı şeir və mahnı müsabiqəsi keçirilir.Müsabiqədə Bakı şəhərinin ümumtəhsil məktəblərinin və məktəbdənkənar təhsil müəssisələrinin 6 - 17 yaşlı yetirmələri iştirak edirlər. Müsabiqə şеir və mahnı janrları üzrə üç mərhələdə və üç yaş qrupunda aparılır. Qaliblər 5 bal sistemi ilə müəyyənləşdirilir. Qiymətləndirmə zamanı iştirakçıların səhnə mədəniyyəti, geyimi və ifaçılıq qabiliyyəti nəzərə alınır.Artıq müsabiqənin təhsil müəssisələrində keçirilən I mərhələsi başa çatıb. Hazırda Bakı şəhərinin rayonları üzrə II mərhələ keçirilir.Nominasiyalarda hər yaş qrupunda yalnız ilk iki yerin qalibi növbəti mərhələdə iştirak etmək hüququ qazanacaqdır. Final mərhələsində Bakı şəhərinin 12 rayonundan şеir və mahnı janrları üzrə ümumilikdə 72 məktəbli iştirak edəcəkdir. Müsabiqə qalibləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin diplomları və hədiyyələri ilə mükafatlandırılacaq və onların adları “İstedad bankı”na daxil ediləcəkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi