"Ana dilimiz milli sərvətimizdir" adlı tədbir keçirilib

   Fevralın 21-də məktəbin 4 "A" sinif müəllimi Arzu Məmmədova "Ana dilimiz milli sərvətimizdir" adlı tədbir keçirib. Tədbirdə məktəbin direktoru Ş.Allahverdiyev, tərbiyə işləri üzrə direktor müavini H.Paşayeva, UBTR Ş.Gəncəliyeva iştirak edib. Məktəbin direktoru giriş sözü ilə tədbiri açaraq bildirib ki,ümummilli lider Heydər Əliyev "Azərbaycan dili" sözlərini təkrar etməkdən doymurdu, əksinə dilə gətirməkdən zövq alırdı. Dilimizi sevmək onun əsilliliyini qorumaq hər birimizin borcudur.

      Daha sonra  4"A" sinif şagirdləri ilə anamız qədər bizə əziz olan dilimizin zənginliyindən söhbət açıblar. Ana laylasıyla ruhumuza hopan bu dili bizə sevdirən kitablardan danışıb, keçmişdən bu günə qədər dilimizin keçdiyi yola nəzər salıblar. Daha sonra cəhalət dövrüylə bağlı səhnəciklər göstərib, şeirlər söyləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi