"Ana dilimizi sevək, sevdirək" adlı tədbir keçirilib

     Fevralın 20-də "Beynəlxalq Ana Dili Günü" ilə əlaqədar məktəbin ibtidai sinif müəllimi Elnarə Əhmədzadə  1"C" sinif şagirdlərinin iştirakı ilə "Ana dilimizi sevək, sevdirək" adlı tədbir keçirib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıb. Şagirdlərin ifasında ana dilinə aid şeirlər səslənib, ana dilimizə sevgi oyadan səhnəciklər göstərilib. Tədbir "Ana dilimizi sevək, sevdirək" mahnısı ilə yekunlaşıb.

   Sonda məktəbin direktoru Şahin Allahverdiyev şagirdləri təbrik edib, dərslərində müvəffəqiyyətlər arzulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi