Hər bir insan öz dilini yaxşı bilməli və onu qorumalıdır

    Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. "Hər bir insan öz dilini yaxşı bilməli və onu qorumalıdır" devizi altında 2"A" sinif müəllimi Şəhla İsmayılova  Beynəlxalq Ana Dili Günü ilə əlaqədar sinif təşkilat saatı keçirib. Sinif təşkilat saatında şagirdlər erməni silahlı dəstələri tərəfindən işğal olunmuş əzəli torpaqların işğal olunma tarixlərini, dövlət rəmzlərini əzbərdən söyləyib danışıq dilimizdə istifadə olunan alınma sözlərin ana dilindəki ekvivalentlərini söyləyiblər. Daha sonra şagirdlər Ana dili haqqında ESSE yazıblar.

   Tədbirin sonunda birinci yarımili müvəffəqiyyətlə bitirən şagirdləri məktəbin direktoru Şahin Allahverdiyev Fəxri Fərman və tərifnamələr ilə mükafatlandırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi