Şəhidlər unudulmur

   Yanvarın 16-da 20 Yanvar faciəsinin 30 illik ildönümü münasibəti ilə məktəbin "Kiçik akademiya"sının rəhbəri Sevda Rüstəmovanın təşkilatçılığı ilə müəllim və şagird heyəti Şəhidlər xiyabanını ziyarət edib. Balaca "akademiklər" 30 il bundan əvvəl Azərbaycan xalqına qarşı Sovet İmperiyasının apardığı qərəzli münasibət və qırğın siyasətinin günahsız qurbanları olan şəhidlərin ruhunu hörmətlə yad ediblər, məzərlarına tər qərənfil qoyublar. Daha sonra şagirdlər məktəbin adını daşıyan şəhid Yavər Əliyevin məzarını ziyarət edib, hörmətlə məzarı önündə baş əyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi