Şagirdlərə gigiyena qaydaları barədə məlumat verilib

  Hər bir insan sağlam yaşaması üçün gigiyenik qaydalara əməl etməlidir. Məktəbin tibb bacısı Gülər Adıgözəlova şagirdlərlə mütəmadi olaraq "Gigiyena və sanitariya təlimatlandırma proqramı" üzrə söhbətlər aparır.  Yanvarın 15-də G.Adıgözəlova şagirdlərə gigiyena qaydaları barədə ətraflı məlumat verib.  Gigiyena qaydalarına riayət etmək insan sağlamlığında mühüm  rol oynadığını vurğulayan tibb bacısı bildirib ki, təmizlik orqanizmin mikroblara qarşı yüksək müqavimətə sahib olması üçün başlıca şərtdir. Məktəblilərə diqqətli olmağı və şəxsi gigiyena qaydalarına riayət etməyi tövsiyə edən G.Adıgözəlova onlara saçlara, dəriyə, üzə, dişlərə, qulaqlara,dırnaqlara, ayaqlara, eləcə də paltar və ayaqqabılara qulluqla bağlı məlumat verib. Əllərin düzgün yuyulma qaydalarını izah edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi