"Mənim idealım" mövzusunda söhbət

 Dekabrın 17-də 6"A" sinfində məktəbin psixoloqu Vüsalə Əhmədova şagirdlərlə "Mənim idealım" mövzusunda söhbət aparıb. Onların məqsədləri, istəkləri ilə bağlı sorğu-sual edib. Sorğu-sual nəticəsində bəzi şagirdlərin düşüncələri çox fərqli olub. Sorğu-sualın yekunu olaraq  şagirdlər bir birilərindən xəbərsiz  gələcəklə bağlı məqsəd və istəklərini kağıza qeyd ediblər. Aparılan qeydlər nəticəsində şagirdlərin çoxunda vətənpərvərlik hisləri qabarıq şəkildə nümayiş olunub. Bəzi şagirdlərin həyatdakı idealı məhz Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi