Heydər Əliyevin "Anım gününə" həsr olunmuş tədbir keçirilb

  Dekabrın 12-də məktəbdə Ulu öndərimiz Heydər Əliyevin "Anım gününə" həsr olunmuş tədbir keçirilib. Məktəbin tarix müəllimi Təranə Əliyeva şagirdlərə H.Əliyevin Azərbaycanın müstəqilliyi uğrunda apardığı işlər barədə ətraflı məlumat verərək bildirib ki, məhz H.Əliyevin sayəsində Azərbaycan inkişaf edən qabaqcıl bir diyara çevrilib.

  Daha sonra H.Əliyevin həyat və yaradıcılığına həsr olunmuş video çarx göstərilib, sagirdlərin ifasında şeirlər musiqilər dinlənilib.

Tədbirin sonunda məktəbin tərbiyə işləri üzrə direktor müavini Humay Paşayeva bildirib ki, Azərbaycan xalqının milli lideri H.Əliyev bu gün aramızda yoxdur. Lakin onun əsasını qoyduğu işlər bu gün H.Əliyevin layiqli davamçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Gün gələcək torpaqlarımız  düşmən taqpdağından azad olacaq, vətənimiz dünyanın ən qabaqcıl ölkələrindən birinə çevriləcək və bununla da əvəzsiz liderimiz H.Əliyevin bütün arzuları həyata keçəcək.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi