"Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək" adlı  tədbir keçirilib

   Heydər Əliyev Azərbaycan müstəqilliyinin tarixi yaradıcısıdır. O, neçə  ömürlər bəs edən bir ömür yaşamışdır. Qarşılaşdığı bütün dramatik şəraitlərdən, çıxılmaz və ağır anlardan o, yalnız qalib çıxmışdır. O, nəinki ölkədə stabilliyi bərqərar etdi həmçinin, Azərbaycanı dünya arenasında sayılıb-seçilən ölkələr sırasına daxil etdi.

   Dekabrın 12-də  məktəbin 2"A" sinif müəllimi Şəhla İsmayılova Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq, "Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək" adlı  tədbir keçirib. Şagirdlər dahi rəhbərə həsr olunmuş video çarxa tamaşa edib, H.Əliyevə aid şeirlər səsləndiriblər. Daha sonra H.Əliyevə həsr olunmuş ESSE-lər tamamlanıb və şagirdlər ulu öndər haqqında öz fikirlərini söyləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi