"Zərərli vərdişlərin insan orqanizminə" təsiri

     Dekabrın 4-də "Kiçik Akademiya"-nın təbiət şöbəsinin sədri  İlahiyə Allahverdiyevanın təşkilatçılığı ilə  "Zərərli vərdişlərin insan orqanizminə təsiri" barəsində dəyirmi masa keçirilib. Əvvəlcə video roliklər izlənilib, sonra şagirdlərin sərbəst şəkildə hazırladıqları araşdırmalar dinlənilib. Şagirdlər müxtəlif narkotik vasitələr haqqında hazırladıqları materialları , siqaretin tərkibi barəsində topladıqları məlumatları təqdim ediblər. Alkoqollu içkilərin,  siqaretin insan orqanizminində törətdiyi fəsadlar ,uzun müddət içki qəbulundan sonra insan orqanizmində baş verən dəyişikliklər müzakirə olunub. 7 və 8-ci siniflər arasında keçirilən dəyirmi masanın əsas məqsədi zərərli vərdişlərin insan orqanizmində törətdiyi fəsadlar barəsində şagirdləri maarifləndirmək və onların sərbəst araşdırma aparmaqlarına şərait yaratmaqdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi