"Ümumdünya QİÇS"-lə mübarizə günü ilə əlaqədar dəyirmi masa keçirilib

   1 dekabr "Ümumdünya QİÇS"-lə mübarizə gününün qeyd olunması ilə əlaqədar olaraq, dekabrın 2-də məktəbin biologiya müəllimi,  "Kiçik Akademiya"-nın təbiət şöbəsinin sədri Allahverdiyeva İlahiyənin təşkilatçılığı ilə IX, X siniflər arasında dəyirmi masa keçirilib. Əvvəlcə QİÇS-in yaranma tarixi barədə video rolik izlənilib, sonra Akademiyanın şagirdlərinin araşdırmaları dinlənilib. Məqsəd şagirdlərin sərbəst araşdırma aparmaqlarına şərait yaratmaq, xəstəliyin yoluxma yolları, diaqnostik mərkəzləri barədə dünyagörüşlərini artırmaqdan ibarət olub.
   Dəyirmi masada həmçinin məktəbin direktoru Şahin Allahverdiyev, tərbiyə işləri üzrə direktor müavini Humay Paşayeva," Kiçik Akademiya"-nın prezidenti Sevda Rüstəmova, məktəbin psixoloqu Vüsalə Əhmədova və tibb bacısı Adıgözəlova Gülər iştirak edib.

  Daha sonra məktəbin tibb bacısı G.Adıgözəlova öz növbəsində şagirdlərə QİÇS haqqında məlumat verərək, onun yaranma səbəblərini, ondan qorunma yollarını şagirdlərə izah edib. O, məktəblilərə immun sistemlərini artırmaq üçün sağlam həyat tərzi sürməyi tövsiyə edib. Sonda  şagirdləri maraqlandıran suallar cavablandırılıb.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi