"Vətənim Azərbaycan" mövzusunda inşa yazı müsabiqəsi

Məktəbimizdə “Vətənim Azərbaycan” mövzusunda inşa müsabiqəsi keçirildi. 3”A” sinfinin iştirak etdiyi müsabiqədə qalib gələnlərə fəxri fərman və mükafatlar təqdim olundu.
Qeyd edək ki, şagirdlərin vətənpərvərlik, dövlətinə, millətinə sadiqlik ruhunda tərbiyə olunması, vətənə sevgi aşılamaq, onların xalqımızın gələcəyi üçün önəm daşıyan vətənə sədaqət ruhunda tərbiyə olunmalarına yardım göstərmək məqsədilə ənənəvi olaraq tədbirlər təşkil olunur. Müsabiqə çərçivəsində şagirdlər vətən keşiyində duran əsgərlərimiz və Milli Qəhraman Mübariz İbrahimov haqda fikirlərini kağız üzərinə köçürüblər.