28 May – Müstəqillik Günü münasibətilə rəsm müsabiqəsi keçirildi

28 May – Müstəqillik Günü münasibətilə məktəbimizdə təsviri incəsənət müəllimi Ruhəngiz Hüseynovanın rəhbərliyi ilə rəsm müsabiqəsi təşkil olundu. Tədbirin əsas məqsədi şagirdlərdə vətənpərvərlik ruhunun aşılanması, onların yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi və tarixi əlamətdar günlərin əhəmiyyətini aşılamaq idi.

Müsabiqədə müxtəlif siniflərdən olan şagirdlər fəal iştirak etdilər. Onlar Azərbaycan Respublikasının müstəqilliyi, milli-mənəvi dəyərləri və dövlət rəmzlərini əks etdirən mövzularda maraqlı və yaradıcı rəsmlər təqdim etdilər.

Tədbirdə məktəb direktorunun müavini İsrafil Hüseynov, Uşaq Birliyi Rəhbəri Mədinə İskəndərova və məktəb psixoloqu Ləman Mehtiyeva iştirak edərək şagirdlərin işlərini izlədilər, onların yaradıcılığını yüksək qiymətləndirdilər və belə tədbirlərin tərbiyəvi əhəmiyyətini vurğuladılar.

Müsabiqənin yekununda fərqlənən şagirdlərə diplom və təşəkkürnamələr təqdim olundu.

Nəticə olaraq, bu cür tədbirlər şagirdlərin vətənə olan sevgisini daha da gücləndirir, onların estetik zövqünün formalaşmasına və yaradıcılıq potensiallarının üzə çıxmasına təkan verir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi