Riyaziyyat və informatika aylığına start verildi
Məktəbin illik fəaliyyət planına uyğun olaraq dekabr ayı “Riyaziyyat və informatika aylığı” elan olunmuşdur. Aylıq çərçivəsində müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
7”A” sinfinin rəhbəri Aynur Əkbərova şagirdlərə informatika və riyaziyyat fənni üzrə keçdikləri qaydaları daha dərindən bilmələri məqsədilə “Qayda kitabçası” təqdim etdi. Şagirdlər parta üzərində olan qaydalardan səmərəli istifadə edə biləcəklər. Daha sonra şagirdlərlə birlikdə sinif otağında “Bilik ağacı”nın maketini hazırladılar. Burada şagirdlər fənlər üzrə topladığı maraqlı faktları qeyd etdilər. Bu maket tənəffüs zamanı digər məktəblilərin marağına da səbəb oldu. Beləki şagirdlər buradakı maraqlı faktlarla məlumatlandılar.
Məqsəd şagirdlərin təlm nəticələrini yüksəltmək, onlarda yaradıcılıq, quruculuq, modelləşdirmə strategiyalarını inkişaf etdirməkdir.