20 Yanvar minillik tariximizə həm faciə həm də qəhrəmanlıq səhifəsi kimi

Şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədilə “20 Yanvar minillik tariximizə həm faciə həm də qəhrəmanlıq səhifəsi kimi yazıldı” adlı tədbir keçirildi. Məktəbimizin direktoru Məhluqə Əzizova yanvar hadisələrinin ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda aparılan mübarizə tarixinə əbədi qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu vurğuladı: "28 il bundan əvvəl Bakıda törədilən qırğın Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədi daşısa da, bu qanlı hadisə xalqımızın müstəqillik əzmini qıra bilməyib və Azərbaycanın müstəqillik qazanmasına təkan verib. O dövrdə xalqımızın başına gətirilən bu qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, həmin vaxt həyatına olan təhlükələrdən çəkinməyərək, sovet hakimiyyətinin cinayətkar əməlinə etiraz edən ümummilli lider Heydər Əliyev oldu". Tədbirdə məktəbin direktoru Məhluqə Əzizova, Suraxanı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rəşid Məmmədov, Azərbaycan Respublikası Prezidenti yanında Bilik fondunun nümayəndəsi və Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, dosent –Sevinc Əliyeva, Suraxanı rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi  Zülfiyyə xanım, Heydər Əliyev Mərkəzinin baş elmi işçisi Zəkiyyə xanım iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi