Tarixi abidələrimizi tanıyaq

Məktəbin illik fəaliyyət planının 1.1.1.9-cu bəndinə əsasən “Tarix coğrafiya” aylığı şərçivəsində bir sıra tədbirlərin həyata keçirilməsi davam etdirilir. Belə ki, məktəbimizdə fəaliyyət  göstərən “Gənc coğrafiyaçılar” fakultətiv məşğələsinin üzvlərilə birlikdə  Ramana qalasına ekskursiya təşkil oludu. XIV əsrə aid qala şagirdlərdə tarixi keçmişimizə dərin rəğbət oyatdı. Məktəbin tarix müəllimi Zərxanım  Zülfüqarova və coğrafiya müəllimləri Vüsalə Məmmədova, Aytən Məmədova qala haqqında şagirdlərə geniş məlumat verdilər. Dördmərtəbəli qüllənin 2-ci və 3-cü mərtəbələrinin döşəməsinin vaxtilə taxtadan olması, mərtəbələrinin divariçi dolama pilləkanla birləşməsi, divarlarda bürc yerlərinin olması şagirdlərin böyük marağına səbəb oldu. İnşaat texnikasına və plan  xüsusiyyətlərinə görə qalanının 14–cü əsrə aid olduğu güman edilir. Şagirdlərə məlumat verildi ki, qala ərazisində bir sıra Azərbaycan filimlərinin çəkilişi  həyata keçirilmişdir. Bu cür tədbirlər şagirdlərin yaşadığı ərazidə yerləşən tarixi-mədəni abidələrə sahib çıxmaq duyğusunu, vətənpərvərlik hislərini gücləndirir, tariximizə məhəbbət formalaşdırır.   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi