"Ədəbiyyat biliciləri" klubunun yığıncağı

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəminə Zalova və UBR Mədinə İsgəndərovanın iştirakı ilə “Ədəbiyyat biliciləri” birliyinin növbəti yığıncağı keçirildi. Yığıncağın bugünkü işi Molla Pənah Vaqifin yaradıcılığı ilə bağlı məktəbdə keçiriləcək tədbirə həsr olunmuşdu. Tədbirdə səsləndiriləcək şeirlər seçildi, düzgün intonasiya ilə oxu tərzi, diksiya və doğru jest- mimikalar izah olundu. Xalq şeiri üslubunda, həm də klassik tərzdə yazılan şeirlər müqayisə və təhlil olundu.