"Kiçik Akademiya"nın bir illik fəaliyyəti

Məktəbin illik fəaliyyət planının 1.1.1.14 bəndinə əsasən “Kiçik Akademiya”nın bir illik fəaliyyəti çərçivəsində şagirdlərin elmi potensialının üzə çıxarılması üçün tədbir keçirildi. 

“Kiçik Akademiya” (KA) yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin üzvlüyü əsasında məktəbimiz yaradılan ictimai birlikdir. KA-nın tərkibində humanitar, təbiət, texniki, estetika və s. elmi istiqamətlər üzrə bölmələr yaradılmışdır.

KA-nın təşkilində əsas məqsəd yerli və respublika səviyyəsində istedadlı şagirdlərimizlə aparılan işlərin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizmi yaradılmasına köməklik göstərməkdən, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsini təmin etməkdən ibarətdir. Könüllü olaraq ictimai birlikdə işləmək arzusunda olan və elmi-tədqiqat işlərinə meyli olan şagirdlər KA-nın üzvləri olaraq seçilmişdir. 

KA-nın təbiət fənləri üzrə üzvü 8"A" sinif şagirdi Türkanə Əliyeva "Alternativ enerji", Aidə Əliyava (8"A") "GMO", humanitar fənlər- Şəlalə Əliyeva (9"A") "Atəşgah" və Orxan Kərimli (8"B") "Oxu tar", texniki fənlər - Taleh Həsənov (11"A") "Rar və Zip proqramlarının şifrəsinin sındırılması", İranə Mirzəzadə(5"B") "Əlverişli vurma üsulları", estetika kafedrası Sənanə Əzimova "Xarı bülbül" (8"A") mövzusunda tədqiqat işlərini tədbirdə təqdim etdilər. 

Tədbirdə  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi Təhsil sektorunun baş məsləhətçisi Camal Bağırov, Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə elmlər doktoru Etibar Bədəlov, Saray 2 saylı məktəbin direktoru Fikrət Balakişiyev, İnformatika müəllimi Gülnarə Bayramova, 97 nömrəli məktəbin direktor müavini  Fəridə Haqverdiyeva, 85 nömrəli məktəbin direktor müavini Vəli Məmmədov, 226 nömrəli məktəbin direktoru Qardaşxan Səlimov, 182 nömrəli məktəbin kimya müəllimi Zərövşən Ömərova, 208 nömrəli məktəbin Uşaq birliyi rəhbəri Təranə Əliyeva, 84 nömrəli məktəbin xarici dil müəllimi Əsgərova Solmaz iştirak etdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi