Od məbədi olan "Atəşgah"

Məktəbin illik fəaliyyət planının 1.3.10- cu bəndinə əsasən tədrisin keyfiyyətinə təsir edən ekskursiyalar, gəzintilərin təşkil olunur.  Bu dəfə şagirdlərimiz od məbədi olan "Atəşgah"da oldular. Məqsəd təhsilin keyfiyyətini yüksəltmək üçün motivasiya yaratmaq, şagird marağının müəyyənləşdirilməsi, şagirdlərin ehtiyac və maraqlarına əsasən müvafiq tədbirlərin həyata keçirilməsidir. Mərziyə Əliyeva rəhbərlik etdiyi 1 "B" sinif şagirdlərinə Atəşgahın tarixi haqqında məlumat verdi. Şagirdlər öyrəndilər ki, XVII əsrdə atəşpərəst hindli tacirlər - parslar tərəfindən Bakının yaxınlığındakı Suraxanı kəndində inşa edilmiş məbəddir.  Gəlmə parslar eşitmişdilər ki, Bakı yaxınlığında təbii qaz sızan yer var və ora gedərkən onun üzərində sönməyən alovun olduğunu görmüşlər. Onlar həmin alov üzərində məbəd tikməyi qərara almışlar və o, "Atəşgah" ("Od yeri") adlandırılmışdır. 2015-ci ildə isə keçirilən İlk Avropa Oyunlarının məşəli də Atəşgahın odu ilə yandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi