Güclü Azərbaycan – güclü gələcək deməkdir.

Məktəbin fəaliyyət planına uyğun olaraq 10”B” sinifinin sinif rəhbəri Kəmalə Şamilova və tarix müəllimi Afət Xudai ingilis və tarix dərslərini inteqrasiya edərək ilk dərsi “Konstitusiya və sureverlik ili həsr etdilər.
Dərsdə əsas məqsəd şagirdlərdə Azərbaycan Respublikasının Konstitusiyası haqqında bilikəri artırmaq,dövlətin müstəqilliyi və suverenliyi anlayışlarını aşılamaq,vətənpərvərlik ruhunu möhkəmləndirmək olmuşdur.
İlk öncə Azərbaycan dövlət himni səsləndirildi .Dərsdə əvvəlcə sinif rəhbəri Kəmalə Şamilova Azərbaycan Respublikasının Konstitusiyası barədə ümumi əlumat verdi,onun dövlətimizin ali qanunu olduğunu vurğuladı.Sinifin tarix müəllimi Xudai Afət Konstitutsiyada əks olunar əsas hüquq və azadlıqlar, vətəndaşlıq və dövlətin suverenliyi barədə çıxış etdi.Şagirdlər konstitusiyanın qəbul olunma və əhəmiyyəti haqqında qısa təqdimatlar hazırladılar.Tədbirdə həmcinin suverenlik analayışının mahiyyəti,dövlətin müstəqilliyini qorumağın vacibliyi müzakirə olundu.
Nəticə olaraq Tədbirin sonunda şagirdlər Azərbaycan müstəqilliyinin və suverenliyinin qorunmasının hər bir vətəndaşın borcu olduğunu dərk etdilər.Onlar Konstitusiyanın ölkə həyatında əvəzsiz rol oynadığını və dövlətimizin hüquqi əsasını təşkil etdiyini vurğuladılar.