Pedaqoji şura iclası keçirildi

12 sentyabr 2025-ci il tarixində Pedaqoji şuranın növbəti iclası keçirildi. İclası məktəbin direktoru Günel Fətəliyeva açaraq pedaqoji kollektivi yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi.
Pedaqoji Şurarada 2025-2026-cı tədris ilində qarşıda duran vəzifələr, İllik Fəaliyyət planının təsdiq olunması, müəllimlərin dərs yükləri, şagirdlərin siniflər üzrə komplektləşdirilməsi məsələləri müzakirə olundu.
Pedaqoji şurada “Bilik günü” tədbirinin təşkil edilməsi qaydaları haqqında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Bakı şəhəri üzrə Təhsil İdarəsinə daxil olmuş 01.09.2025-ci tarixli 59-D-171 nömrəli məktubu kollektivə çatdırıldı.