Məktəbimizin məzunları

Məktəbimizin məzunları qəbul imtahanlarında göstərdikləri yüksək nəticələrə görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Əliyev tərəfindən Fəxri Fərmanla təltif olundular.
Fərmanla mükafatlandırılan məzunlarımız Quluzadə Lalə Elvin qızı və Quranov Elcan Nurəddin oğlu öz zəhmətləri və bilikləri ilə həm müəllimlərinin, həmdə də valideynlərinin qüruruna cevriliblər. Onların uğuru, məktəbimizin təhsil mühitində formalaşan sağlam rəqabətin, eləcə də müəllimlərin fədakar əməyinin nəticəsi kimi dəyərləndirilir.
Bu nailiyyət bir daha göstərdi ki, əzmlə çalışan gənclər qarşılarına qoyduqları hədəflərə çata bilərlər. Məktəb kollektivi olaraq məzunlarımızı ürəkdən təbrik edir, ali təhsil yolunda və gələcək həyatlarında onlara yeni- yeni uğurlar arzulayırıq