"Bilik günü" qeyd olundu

2025-ci ilin 15 sentyabr tarixində məktəbimizdə yeni dərs ilinin başlanmasına həsr olunmuş “Bilik Günü” tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
İlk olaraq məktəbin direktoru Günel Fətəliyeva çıxış edərək müəllim və şagirdləri salamladı. O, yeni dərs ilində uğurlar arzuladı, təhsilin insan həyatındakı rolunu vurğuladı və məktəbin gələcək fəaliyyət istiqamətləri barədə fikirlərini bölüşdü.
Daha sonra Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi tədbir iştirakçılarını təbrik etdi. O, dövlətin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan söz açaraq, müəllim və şagirdlərə daim yüksək nəticələr arzuladı.
UBRT-nin əməkdaşı Mədinə İskəndərova da çıxışında yeni tədris ilinin uğurla başlanmasını dilədi. O, şagirdlərə elmə, kitaba və biliklərə daim maraqla yanaşmağı, müəllimlərə isə gələcək nəsillərin formalaşmasında məsuliyyətli fəaliyyət göstərməyi tövsiyə etdi.
Tədbirin bədii hissəsində məktəbə ilk dəfə qədəm qoyan birinci sinif şagirdləri şeir və mahnılarla çıxış etdilər. Onların ifaları tədbirə xüsusi rəng qatdı və böyük maraqla qarşılandı.
Sonda tədbir səmimi və coşqulu atmosferdə yekunlaşdı, şagirdlər sinif otaqlarına yönləndirilərək ilk dərs saatlarını keçdilər.