"Son Zəng" tədbiri keçirildi
14 iyun 2025-ci il tarixində məktəbimizin həyətində ənənəvi "Son Zəng" tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başladı.
Tədbiri məktəbin direktoru Günel Fətəliyeva açaraq məzunları təbrik etdi, onların təhsil həyatında qazandıqları uğurlardan danışdı və gələcək addımlarında uğurlar arzuladı. Ardınca müəllimlər və valideynlər də öz çıxışlarında məzunlara ürəkdolusu sözlər ünvanladılar.
Tədbir çərçivəsində 11 “A” , 11 “B” və 11 “C” sinifləri səhnəyə dəvət olundu, hər sinif özünəməxsus təqdimatla çıxış etdi. Şagirdlər ədəbi-bədii kompozisiyalar, musiqi nömrələri və rəqslərlə tədbirə xüsusi rəng qatdılar.
Sonda məzunlar rəmzi zəngi çaldılar və məktəb həyatlarına simvolik şəkildə vida etdilər. Tədbir xoş ovqat və yüksək əhval-ruhiyyə ilə başa çatdı.
Tədbirdə iştirak edən Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi də çıxış edərək məzunları təbrik etdi. O, gənclərə gələcək həyatlarında uğurlar arzuladı, onların ölkəmizin inkişafında mühüm rol oynayacaq bir nəslin təmsilçiləri olduğunu vurğuladı. Eyni zamanda, müəllim və valideynlərin əməyi yüksək qiymətləndirildi və cəmiyyətə faydalı vətəndaşlar yetişdirdiklərinə görə təşəkkür ifadə olundu.