Müstəqillik gününə həsr olunmuş idman yarışı

1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı altında Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. 28 may Respublika günü münasibətilə 3 c sinif rəhbəri Tağıyeva Samirə şagirdlər arasında idman yarışı keçirtdi. Yarışa həmçinin məktəbin idman müəllimi Emin Məmmədov hakimlik etdi. İdman yarışları uşaqlar üçün çox faydalıdır. Sağlam bədəndə sağlam da ruh olar. Yarışın sonunda şagirdlər təltif olundular.