Buterbrodların hazırlanması - Praktik dərs

Məktəbin fəaliyyət planına uyğun olaraq 20.05.2025 tarixində məktəbin texnologiya müəllimləri Məmmədova Aysun və Hüseynova Rühəngiz tərəfindən 5 “B” sinfində keçirilən “Texnologiya” dərsində şagirdlərlə birlikdə “Buterbrodların hazırlanması” mövzusu işlənildi. Dərsin əsas məqsədi şagirdlərə düzgün və səliqəli şəkildə buterbrod hazırlamağı öyrətmək, gündəlik həyatda tətbiq edilə bilən praktiki bacarıqları aşılamaq idi.

Dərsin əvvəlində mövzu ilə bağlı qısa nəzəri məlumat verildi. Müəllim tərəfindən buterbrodların növləri, hazırlanma qaydaları, istifadə edilən ərzaqlar və gigiyenik qaydalara riayət etməyin vacibliyi barədə izahat verildi. Şagirdlərə ərzaqların düzgün istifadəsi və mətbəxdə təhlükəsizlik qaydaları xatırladıldı.

Daha sonra şagirdlər kiçik qruplara bölündülər və əvvəlcədən hazırlanan ləvazimatlar – çörək, kərə yağı, pendir, kolbasa, pomidor, xiyar, göyərti və digər ərzaqlar – onların ixtiyarına verildi. Hər bir qrup öz zövqünə uyğun şəkildə buterbrod hazırladı. Hazırlıq mərhələsində şagirdlər həm yaradıcı, həm də kollektiv şəkildə işləməyə təşviq olundular.

Şagirdlər ləvazimatlardan istifadə edərək səliqəli və iştahaaçan buterbrodlar hazırladılar. Hazırlanan nümunələr sinifdə nümayiş etdirildi və müəllim tərəfindən qiymətləndirildi. Dərs boyu uşaqlar çox aktiv və maraqlı idilər. Mövzu onların böyük marağına səbəb oldu və hər biri öz bacarığını nümayiş etdirməyə çalışdı.

Sonda hazırlanan buterbrodlar ümumi gigiyena qaydalarına əməl olunaraq dadıldı və dərs yekunlaşdırıldı. Dərsin nəticəsi olaraq şagirdlər həm əyləndilər, həm də yeni praktiki biliklər qazandılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi