Kitab klubunda “Koroğlu”dastanın müzakirəsi

Məktəbin fəaliyyət planına əsasən "Kitab klubu "nun cari müzakirə mövzusu "Koroğlu" dastanı olmuşdur.
Məqsəd şagirdlərdə milli irsə maraq oyatmaq, qəhrəmanlıq və vətənpərvərlik mövzularına sırbəst baxış formalaşdırmaq idi. Azərbaycan xalq ədəbiyyatının nümunələrindən olan “Koroğlu” dastanının məzmunu, qəhrəmanları və milli-mənəvi dəyərlərin yer almasına diqqət yönəldildi . Şagirdlər dastanın yaranma tarixi, xalq arasında yayılma səviyyəsi haqqında qısa təqdimatla çıxış etdilər.Daha sonra dastanın ideya -məzmun xüsusiyyətləri ətrafında fikir mübadiləsi aparıldı .
Koroğlunun xalq qəhrəmanı kimi xarakteri və onun ədalət uğrunda mübarizəsi,cəsur və vətənpərvər olması,onun rəhbərlik etdiyi dəlilər dəstəsinin xarakterləri haqqında , dəlilərin birliyi, cəsarəti və sədaqəti təhlil olundu. Qadın qəhrəmanların dastandakı yeri
,dastan üslubu, aşıq sənəti ilə əlaqəli fikirlər şərh olundu .
İştirakçılar öz fikirlərini sərbəst ifadə edərək
Koroğlunun sadəcə bir qəhrəman yox, həm də xalqın haqq səsini ifadə edən bir simvol olduğunu vurğuladılar.