İmtahan həyəcanının korreksiyası

Məktəbin fəaliyyət planına uyğun olaraq psixoloq Ləman Mehtiyeva və təlim tərbiyə işləri üzrə direktor müavini Günel İsmayılova 4 və 6 cı sinif şagirdləri ilə “İmtahan həyəcanının korreksiyası “ mövzusunda seminar keçirdilər.Məqsəd şagirdlərdə imtahan öncəsi yaranan stress və həyəcanın azaldılması, emosional tənzimləmə bacarıqlarının artırılması, müsbət düşüncə tərzinin formalaşdırılması və imtahanlara daha rahat şəkildə yanaşmağı təmin etmək idi.