Müasir Azərbaycanın banisi xilaskarı

Məktəbin fəaliyyət planına əsasən məktəb kitabxanasında 5”a”sinif şagirdlərinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş maarifləndirici söhbət aparılmışdır.Tədbirin məqsədi şagirdləri Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə tanış etmək, onlarda milli kimlik və vətənpərvərlik hisslərini möhkəmləndirmək idi.
Tədbirin əvvəlində kitabxana müdiri və tarix müəllimi Aşıq Mehdiyev çıxış edərək Heydər Əliyevin siyasi fəaliyyəti, təhsilə və gəncliyə göstərdiyi diqqət barədə ətraflı məlumat verdilər. Şagirdlər Heydər Əliyevin həyat və fəaliyyətinə dair əldə etdikləri bilikləri təqdim etdilər, eyni zamanda Ulu Öndərə həsr olunmuş şeirlər səsləndirdilər.
Ardınca şagirdlərlə interaktiv söhbət aparıldı, onlara suallar ünvanlandı və cavablar əsasında qısa müzakirələr təşkil olundu.
Şagirdlər Ulu Öndərin uşaqlıq illəri, ali təhsili, DTK-da və SSRİ rəhbərliyindəki fəaliyyəti, eləcə də Azərbaycanın müstəqillik dövründəki rolunu böyük maraqla dinlədilər. Daha sonra Heydər Əliyevin həyat və fəaliyyətinə dair sənədli film nümayiş etdirildi. Film şagirdlərin diqqətini çəkdi və izləmədən sonra bir neçə şagird öz təəssüratlarını bölüşdü.