“Etibar Poçtu” Layihəsi

Layihə çərçivəsində psixoloqun otağının giriş hissəsində “Etibar Poçtu” qutusu yerləşdirilmişdir. Şagirdlər bu qutuya anonim və ya adlarını qeyd etməklə məktəbdə və ya şəxsi həyatlarında qarşılaşdıqları çətinlikləri, narahatlıqlarını, suallarını və ya sadəcə paylaşmaq istədikləri hissləri yazaraq ata bilirlər.”Etibar Poçtu” layihəsinin əsas məqsədi şagirdlərə öz hiss və düşüncələrini etibarlı şəkildə paylaşmaq imkanı yaratmaq, psixoloji rifahlarını gücləndirmək, sosial-emosional dəstək mexanizmi qurmaq və məktəbdə daha etibarlı, güvənli mühit formalaşdırmaqdır.