"Əsrlərin səsi- milli dəyərlərimiz" təqdimat müsabiqəsi keçirildi

Məktəbin fəaliyyət planına uyğun olaraq informatika müəllimi Pəri Əhmədova və Kitabxana müdiri Aytən Məmmədova 6-cı və 7-ci sinif şagirdləri arasında Milli dəyərlərimizlə bağlı təqdimat müsabiqəsi təşkil etdi. Ədəbiyyat müəllimi Kəminə Zalova da tədbirin ərsəyə gəlməsində öz tövsiyələrini vermişdir.
Məqsəd Milli-mənəvi dəyərlərin təbliği, şagirdlərin tariximizə, ədəbiyyatımıza, mədəni irsimizə və vətənpərvərlik ruhuna bağlılığını artırmaq, onların təqdimat və tədqiqat bacarıqlarını inkişaf etdirmək.
Müsabiqənin ilkin seçmə mərhələsi 23 aprel 2025-ci il tarixində keçirildi. Bu mərhələdə təqdim edilən layihələr arasından ən yaradıcı və məzmunlu olanlar seçilərək finala vəsiqə qazandı. Final mərhələsində altı komanda aşağıdakı mövzular üzrə təqdimatlarla çıxış etdi:
1. Naxışlı Tarix – Milli geyimlər: Əsrləri çiynində daşıyan tarix
2. Parlaq Sətirlər – Ədəbiyyat: Sözlə dönən dünyalar
3. İlmə Ustaları – Xalçaçılıq: Səbrin və sənətin ilmələri
4. Milli Ahəng – Abidələr: Mədəni irsimizin səssiz şahidləri
5. Bayraq Keşikçiləri – Vətənpərvərlik ruhu: Səngərdən doğulan sabahlar
6. Keçmişə Körpü – Musiqi: Qəlbdən qopan nəğmələr
Təqdimatlar əvvəlcədən elan olunmuş meyarlar – məzmunun dərinliyi, təqdimat bacarığı, vizual materiallardan istifadə, yaradıcı yanaşma və komanda işi əsasında qiymətləndirildi.
Münsiflər heyətinin qərarı ilə qalib komandalar müəyyənləşdirildi, fərqlənən iştirakçılar fəxri fərman və hədiyyələrlə təltif olundu. Yarış iştirakçılarda milli kimlik duyğusunun güclənməsinə, tarixi-mədəni irsimizə marağın artmasına səbəb oldu.