Fənn Birləşmə Rəhbərləri ilə Görüş

 

            Bu gün məktəbdə fənn birləşmə rəhbərləri ilə planlaşdırılmış görüş keçirildi. Görüşün əsas məqsədi ay ərzində görülən işlərin təhlili, qarşıya çıxan problemlərin müzakirəsi və növbəti ay üçün planların müəyyənləşdirilməsi idi.

    Görüş zamanı hər bir fənn birləşmə rəhbəri təlim-tərbiyə işləri üzrə direktor müavini Günel İsmayılovaya hesabat təqdim etdi. Hesabatlarda tədris prosesindəki irəliləyişlər, aparılmış monitorinqlər, fənn daxili metodiki müzakirələr, dərs nümunələri, şagird nailiyyətləri və iştirak edilən tədbirlər qeyd edildi.  
Görüş səmərəli və işgüzar şəraitdə keçdi. Bütün fənn birləşmə rəhbərlərinə təşəkkür edilir və təqdim etdikləri hesabatların əsas götürülməsi ilə gələcək fəaliyyətin planlaşdırılması nəzərdə tutulur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi