Müstəqil Vətənim Azərbaycan

2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması münasibətilə məktəbimizdə bu mövzuya həsr olunmuş əl işləri və rəsm əsərlərindən ibarət sərgi təşkil olundu. Sərgidə müəllim və şagird heyətinin fəal iştirakı ilə hazırlanmış müxtəlif əl işləri, plakatlar, dekorativ sənət nümunələri və mövzuya uyğun rəsmlər nümayiş etdirildi.

Sərgi çərçivəsində məktəbimizin müəllimləri və şagirdləri nümayiş olunan əsərlərlə yaxından tanış oldular. Təşkil olunmuş sərgi şagirdlərdə vətənpərvərlik ruhunun aşılanmasına, Konstitusiya və dövlət suverenliyi anlayışlarının dərk edilməsinə, eləcə də yaradıcılıq bacarıqlarının inkişafına böyük töhfə verdi.

Tədbirin sonunda fəal iştirak edən şagirdlərə məktəb rəhbərliyi tərəfindən təşəkkür bildirildi və onlara həvəsləndirici tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi