Mülki Müdafiə Günü keçirildi

2024–2025-ci tədris ili üzrə 232 nömrəli tam orta məktəbin mülki müdafiə tədbirlər planına əsasən, 30 aprel tarixində məktəbdə Mülki Müdafiə Günü keçirildi. Tədbirə nəzarət məqsədilə Suraxanı rayonu üzrə Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsinin rəisi, polkovnik-leytenant Toğrul Vəliyev məktəbə təşrif buyurdu.
Tədbir çərçivəsində müvafiq sənədlərə baxış keçirildi. Mülki müdafiə tədbirinin keçirilməsi ilə bağlı əmr hazırlanmış, tədbirlər planı tərtib olunaraq polkovnik-leytenant Toğrul Vəliyev ilə razılaşdırılmışdı.
Sənədlərin yoxlanılmasından sonra 2, 5 və 6-cı sinif şagirdlərinin mülki müdafiə üzrə ilkin bilik səviyyələri qiymətləndirildi. Şagirdlərə verilən suallara ətraflı və dolğun cavablar verildi.
Tədbirin sonunda yekun iclas keçirildi və Mülki Müdafiə Günü qənaətbəxş hesab olundu.