6-cı siniflər arasında Coğrafiya bilik yarışı keçirildi

Məktəbimizdə 6-cı sinif şagirdləri arasında Coğrafiya fənni üzrə bilik yarışı təşkil olundu. Yarış Aytən Məmmədova və Vüsalə Məmmədovanın fənn müəllimlərinin təşəbbüsü ilə keçirildi. Tədbirdə təlim-tərbiyə işləri üzrə direktor müavini  Günel İsmayılova da iştirak etdi.

Yarışın gedişatında siniflərə dəstək olmaq və eyni zamanda münsif kimi çıxış etmək üçün ibtidai sinif müəllimləri dəvət olunmuşdu. Üç mərhələdən ibarət olan yarışın finalına 6"A" və 6"C" sinifləri yüksəldi. Gərgin və maraqlı mübarizədən sonra  6"A" sinfi qalib gəldi.

Qalib komanda fəxri fərmanla təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi