“Türk dünyası” mövzusunda açıq dərs keçirildi

Məktəbin fəaliyyət planına əsasən 7"C" sinfində müəllimə Vüsalə Məmmədova tərəfindən “Türk dünyası” mövzusunda açıq dərs keçirilmişdir. Dərsdə şagirdlər aktiv iştirak etmiş, mövzu ilə bağlı müzakirələr aparılmış və müxtəlif interaktiv üsullardan istifadə olunmuşdur. Açıq dərsdə Metodbirlaşma sədri Aytən Məmmədova, məktəbin direktoru Fətəliyeva Günel və təlim-tərbiyə üzrə direktor müavini İsmayılova Günel iştirak etmişlər. Dərsin məqsədi şagirdlərə türk xalqlarının ortaq mədəniyyəti, dili və tarixi haqqında məlumat vermək, onların milli kimlik və mənsubiyyət hissini gücləndirmək olmuşdur.