Qarabağın tarixi haqqında həqiqətlər və Qəhramanlıq səlnaməsi 

    Məktəbin fəaliyyət planına əsasən kitabxana müdiri Aytən Məmmədova və tarix müəllimi Aşıq Mehdiyevin təşkilatçılığı 5”A”,7 “C”,8 “C”sinif şagirdlərini fəal oxucuları ilə “Qarabağın tarixi haqqında həqiqətlər və Qəhramanlıq səlnaməsi  adlı dəyirmi masa keçirildi.

Məqsəd şagirdləri vətənə məhəbbət hissıərini aşılamaq və tarixi torpaqlarımız xüsusən Qarabağ haqqında həqiqətləri tarixi faktlarla mənimsətməkdir.Dəyirmi masada xronoloji çərçivədə şagirdlər Qarabağ haqqında ,yaranması,Kürəkçay müqviləsi,Şuşa şəhəri haqqında, l və ll Qarabağ müharibəsi, Qarabağın tarixi şəxsiyyətləri haqqında təqdimatlarla çıxış etdilər  Qarabağa aid şeirlər səsləndirdilər.8 “C” sinif şagirdləri tədbirin davamında Səməd Vurğunun “Vaqif” dramından  Qacar və Şeyx,Molla Pənah Vaqifin deyişməsini canlandıraraq Qarabağın o dövrdəki ictimai-siyasi vəziyyətini səhnələşdirmişlər. Səhnəcikdə Qacarın hədə-qorxularına qarşı Vaqifin cəsur və ağıllı cavabı maraqla izlənilmişdir. Bu çıxış həm ədəbi nümunə, həm də vətənpərvərlik ruhunun bir təcəssümü olmuşdur.                                                                                                                                                                                                                                                                                 Məktəbin tarixi müəllimi Aşıq Mehdiyev dünənin bu günün ayrılmaz parçası Qarabağın qədim və yaxın tarixində baş verən mühüm hadisələrə toxunmuş, şagirdlərə Qarabağın Azərbaycan üçün əhəmiyyətini vurğulamışdır.

Kitabxana müdiri isə çıxışında Qarabağla bağlı ədəbi və tarixi əsərlərin təbliğinin vacibliyini vurğulamış,”Qarabağnamələr”kitabını təqdim edərək, Qarabağın qəhrəmanlıq dolu tarixindən bəhs edən bu əsərin şagirdlər üçün dəyərli mənbə olduğunu bildirmişdir.

Sonda təşkilatçı müavin İsrafil Hüseynov öz çıxışında hər bir şagird tariximizi dərindən bilməli, milli dəyərlərə sahib çıxmalı olduğunu qeyd etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi