Sağlamlığımızı qoruyaq

Məktəbin fəaliyyət planına uyğun olaraq 4 "B"sinfində sinif rəhbəri Əliyeva Mərziyyənin təşkilatçılığı ilə "Sağlamlığımızı qoruyaq" layihəsi çərçivəsində tədbir keçirildi.
Tədbirin əsas məqsədi ilk tibbi yardım zamanı hər hansı bir qəza və ya həyatı təhlükə yaradan bir vəziyyətdə həkimlərin köməyi təmin edilənə qədər həyatın xilas olunması və ya vəziyyətin daha da pisləşməsinin qarşısını almaq məqsədi ilə aparılır.
Məktəbin tibb bacısı Nəzakət Orucova ilk tibbi yardımin aparılması haqqında məlumat verdi.Şagirdlər burxulma və çıxıqlar, qanaxmalar ,yaralanmalar ,yanıqlar,ürəkgetmə və s haqqında məlumat verdilər və yoldaşlarının üzərində tətbiq etdilər. Tədbirdə məktəbin direktoru Günel Fətəliyeva iştirak etdi.