Sağlam nəsil, parlaq gələcək

327 nömrəli məktəbdə təşkil olunan futbol yoldaşlıq görüşü məktəblilər arasında idman və dostluq ruhunun təbliği baxımından yaddaqalan bir tədbir oldu. Görüşdə ümumilikdə 3 komanda iştirak edirdi və onların arasında məktəbimizin VI sinif şagirdlərindən ibarət komanda da vardı. Bu yoldaşlıq oyunları məktəbimizin fiziki tərbiyə müəllimi Emin Məmmədovun rəhbərliyi altında həyata keçirildi.
Oyun boyunca komandalar arasında əsl idman mübarizəsi və dostcasına rəqabət hökm sürürdü. Şagirdlər taktiki oyun nümayiş etdirərək, həm fərdi bacarıqlarını, həm də komanda daxilində əməkdaşlıq qabiliyyətlərini göstərdilər. Emin müəllimin rəhbərliyi və dəstəyi ilə uşaqlar meydanda nizam-intizam və əsl idmançı ruhu sərgilədilər.
Tədbirin əsas məqsədi rəqabətdən daha çox məktəblilər arasında dostluq əlaqələrinin gücləndirilməsi, sağlam həyat tərzinə marağın artırılması və komanda ruhunun formalaşdırılması idi. Bu məqsədə uğurla nail olundu.
Şagirdlər və müəllimlər bu cür tədbirlərin davamlı olmasının vacibliyini vurğuladılar. Futbol meydançasında keçirilən bu yoldaşlıq görüşü həm əyləncəli, həm də motivasiyaedici bir gün kimi yadda qaldı.