"Milli dəyərlər" mövzusunda təşkil olunmuş nümunəvi dərs
2025-ci ilin aprel ayında "Milli dəyərlər" mövzusunda təşkil olunmuş təqdimat yarışmasının birinci mərhələsi uğurla həyata keçirilmişdir. Bu mərhələdə yarışmaya qatılan komandalar müəyyən edilmiş qaydalara əsasən öz təqdimat mövzularını seçmiş və mərhələnin əsas məqsədi olan mövzu bölgüsü tamamlanmışdır.
Tədbir iştirakçıları arasında yüksək motivasiya müşahidə olunmuş, komandalar arasında sağlam rəqabət mühiti formalaşmışdır. Seçilən mövzular milli irsimizin müxtəlif sahələrini əhatə etməklə yanaşı, gənclərin bu dəyərlərə marağını artırmağa xidmət edir.
Yarışmanın növbəti mərhələsində komandalar seçdikləri mövzular əsasında təqdimatlarını hazırlayacaq və münsiflər heyətinə təqdim edəcəklər. Əsas məqsəd gənclər arasında milli kimlik və dəyərlərin təbliği, vətənpərvərlik ruhunun gücləndirilməsidir.