“Şəhidlər Zirvəsində Üç İgid” mövzusunda təşkilat saatı keçirildi.

6 "C" sinfində “Şəhidlər Zirvəsində Üç İgid” mövzusunda təşkilat saatı keçirildi. Təşkilat saatının məqsədi şagirdlərə vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızı tanıtmaq, şəhidlik zirvəsinin ucalığını anlatmaq və vətənpərvərlik hissini gücləndirmək idi.
Tədbir zamanı Mübariz İbrahimov, Rəşad Sadıqov və Polad Həşimovun həyat və döyüş yolları haqqında ətraflı məlumat verildi. Onların göstərdikləri igidlik nümunələri şagirdlərə böyük təsir bağışladı. Şəhidlərə həsr olunmuş sənədli video materiallar nümayiş etdirildi.
Tədbirdə şagirdlərdən Rüqəyya Zülfüqarlı, Xətai Zülfüqarlı, Əli Əliyev və Vüsal Məlikov fəallıq göstərərək hər bir şəhid haqqında geniş və maraqlı çıxışlar etdilər.
Təşkilat saatı yüksək vətənpərvərlik ruhunda keçdi və şagirdlərdə qəhrəmanlara dərin hörmət hissi formalaşdırdı.