23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunan dəyirmi masa keçirildi

   23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü məktəbimizdə müxtəlif tədbirlər formatında qeyd olundu. Məktəbin  Azərbaycan dili və ədəbiyyat müəllimi Kəminə Zalovanın və kitabxana müdiri  Aytən Məmmədovanın iştirakı ilə 8a sinif şagirdləri üçün dəyirmi masa təşkil olundu.

 Azərbaycan dili dərsliyindən tədris olunan “Yalançı Xortdan” mətni xatırlanmaqla müəllif hüquqları  anlayışına toxunuldu. Daha sonra şagirdlər tərəfindən  mövzu ilə bağlı internet resurslarından əldə olunan  məlumatlar qarşılıqlı müzakrə olundu.

 Müzakirədə kitabların və müəlliflik hüququnun təbliğ olunmasının  yaradıcılığa və mədəni müxtəlirfliyə geniş şərait yaratması vurğulandı.

 Z.Kəminə müzakirədə təkcə ayrı -ayrı əsərlərin müəllifliyinin deyil ,həm də xalqımıza məxsus milli dəyərlərin, tarixi abidələrin o cümlədən elmi -bədii materialların da müəlliflik hüququnun qorunmasının vacib olduğunu qeyd etdi .

 Sonda məktəb kitabxanasına yenicə gətirilmiş müxtəlif bədii ədəbiyyat nümunələrinin annotasiyası oxundu və həm  müəlliflər, həm də  əsərlər haqqında şagirdlər məlumatlandırıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi