Yüksək nəticə göstərmiş şagirdlər və valideynləri ilə görüş

  Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş buraxılış imtahanında 200 baldan yüksək nəticə göstərmiş şagirdlər və onların valideynləri ilə məktəbimizdə görüş təşkil olunmuşdur. Bu görüşün əsas məqsədi yüksək nəticə göstərmiş şagirdlərin nailiyyətlərini qeyd etmək və onların uğurlarında böyük rolu olan valideynlərin əməyini dəyərləndirmək olmuşdur.

Görüş zamanı uğur qazanan şagirdlərə məktəb rəhbərliyi tərəfindən fəxri fərmanlar təqdim olunmuş, valideynlərə isə övladlarının təhsilində göstərdikləri diqqət və dəstəyə görə təşəkkürnamələr təqdim edilmişdir. Belə təşəbbüslər, şagirdləri daha yüksək nəticələrə həvəsləndirməklə yanaşı, valideyn-məktəb əməkdaşlığının möhkəmləndirilməsinə də xidmət edir.

Görüşdə məktəbin direktoru Günel Fətəliyeva çıxış edərək şagirdləri təbrik etmiş, onların göstərdiyi əzmkarlığı və məsuliyyət hissini yüksək qiymətləndirmişdir. Direktor bu nailiyyətlərin məktəbin təhsil keyfiyyətini əks etdirdiyini vurğulamış və gələcək uğurlar arzulamışdır.

Bununla yanaşı, görüşdə təlim-tərbiyə işləri üzrə direktor müavini Günel İsmayılova, sinifdənxarici və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı İsrafil Hüseynov, uşaq birliyi rəhbəri Mədvinə İskəndərova və sinif rəhbərləri də iştirak etmişdir. Onlar da şagirdləri təbrik etmiş, göstərilən nəticələrin məktəbdə formalaşmış sağlam tədris mühitinin və ailə-məktəb əməkdaşlığının nəticəsi olduğunu qeyd etmişlər.

Görüş səmimi və ruhlandırıcı ab-havada keçmiş, iştirakçılar tərəfindən yüksək qiymətləndirilmişdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi