23- aprel Ümumdünya Kitab və Müəlliflik

  Məktəbin fəaliyyət planına əsasən kitabxana müdiri Aytən Məmmədova təşkilatçılığı ilə  23   Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə məktəb kitabxanasında yeni daxil olmuş nəşrlərdən ibarət kitab sərgisi və ardınca oxu saatı təşkil olundu. Sərginin məqsədi şagirdlərdə mütaliə vərdişlərinin formalaşdırılması, müəllif hüquqları haqqında maarifləndirmə aparmaq və onları müasir ədəbiyyatla tanış etmək idi.

Sərgidə şagirdlər və UBR Mədinə İsgəndərova, müəllimlər iştirak etdilər. Onlar maraqla yeni kitablarla tanış oldular, müəlliflər haqqında məlumat aldılar. Sərgidən sonra kitabxananın  guşəsində şagirdlərin iştirakı ilə oxu saatı təşkil edildi. Şagirdlər seçdikləri kitablardan parçalar oxuyaraq mütaliə etdilər və kitablar haqqında fikir mübadiləsi apardılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi