"Unudulmayan dəyərlər, yaşayan obrazlar”


Məktəbin 4”a”sinif rəhbəri Sevinc Məmmədovanın təşkilatçılığı ilə sinif iləşagirdləriləyaradıcı video layihə həyata keçirilmişdir. Şagirdlər keçmiş dövrlərin tanınmış kino aktyor və aktrisalarına, eləcə də digər məşhur simalara bənzədilərək onların obrazlarını canlandırmışlar. Həmin şəxslərlə bağlı qısa məlumat toplanmış, onların danışıq tərzi və mimikaları öyrənilmişdir.
Şagirdlər geyim, davranış və nitq baxımından seçdikləri obrazlara uyğunlaşmağa çalışmışlar.
Məktəbdə video çəkilişlər aparılmış və hazırlanmış çıxışlar sinif daxilində nümayiş olunmuşdur.Layihənin məqsədi şagirdlərdə özünüifadə, təqdimat bacarığı, bənzətmə qabiliyyəti və yaradıcı düşüncəni inkişaf etdirmək olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi