"Ölkəmizin milli mətbəxini və dəyərlərini tanıyaq və tanıdaq" adlı sərgi keçirildi

         "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində təşkil olunan "Ölkəmizin milli mətbəxini və dəyərlərini tanıyaq və tanıdaq" adlı sərgi, Azərbaycanın zəngin mətbəxini və dəyərlərini həm gənc, həm də böyüklərə tanıtmaq məqsədini daşıyırdı. Tədbir məktəbin foyesində ibtidai sinif şagirdlərinin və müəllimlərinin təşkilatçılığı ilə   keçirildi və böyük maraqla qarşılandı.

        Sərgi, Azərbaycan mədəniyyətini və mətbəxini əks etdirən müxtəlif guşələrdən ibarət idi. Hər bir guşə müəyyən bir regionu təmsil edirdi və hər stenddə o bölgəyə məxsus yeməklər, şirniyyatlar və içkilər təqdim olunurdu. Şagirdlər hər yeməyi hazırlayaraq, həmçinin onun hazırlanma prosesini və tarixi haqqında qonaqlara məlumat verdilər.

Sərgi zamanı, Azərbaycan mətbəxinin hər bir incəliyi ziyarətçilərin diqqətinə çatdırıldı. Qutab, dolma, piti, şəkərbura, paxlava, lavaş, dovğa kimi tanınmış yeməklər nümayiş olundu. Hər yeməyin yanında, bu təamların hansı adət-ənənələrə əsaslandığı və hansı bölgəyə məxsus olduğu barədə ətraflı məlumatlar verildi.

       Sərginin daha maraqlı olması üçün, hər stenddə milli geyimlərdə olan şagirdlər iştirak etdilər. Onlar həm yeməklərin təqdimatını etdilər, həm də təqdim etdikləri yeməklərin arxasında duran mədəni və tarixi əhəmiyyəti izah etdilər. Bu, sərginin daha interaktiv və ziyarətçilər üçün cəlbedici olmasına səbəb oldu. Həmçinin, sərgidə milli musiqi alətləri də nümayiş etdirildi. Şagirdlər öz hazırladıqları musiqi parçaları ilə sərginin canlı atmosferini daha da zənginləşdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi