"Odlar yurdu" Azərbaycanımızı tanıyaq

Məktəbin fəaliyyət planına uyğun olaraq 3"B" sinfi Atəşgah məbədində ekskursiyada olmuşdur. Sinif rəhbəri Əmiraslanova Səbinə Azərbaycan dili fənnindən "Odlar yurdu" bölməsindən tanış olduqları Atəşgah məbədi haqqında şagirdlərə məlumat vermiş və məbədə ekskursiya təşkil etmişdir. Şagirdlər məbədlə yaxından tanış olmuş, Azərbaycanın qədim tarixi,mədəniyyət abidələri haqqında daha geniş məlumat almışlar. Ekskursiya şagirdlər tərəfindən maraqla qarşılanmışdır.