12 Aprel – Kosmonavtika Günü ilə əlaqədar dəyirmi masa keçirildi

12 Aprel – Kosmonavtika Günü ilə əlaqədar məktəbimizin VII “B” sinif şagirdləri ilə birgə dəyirmi masa təşkil edilmişdir. Tədbirdə şagirdlər kosmosa ilk ayaq basan Yuri Qaqarin haqqında geniş məlumat vermiş, həmçinin bu sahədə böyük nailiyyətlər əldə etmiş azərbaycanlı alim Kərim Kərimovun fəaliyyətindən danışıblar. Eyni zamanda, ölkəmizdə ilk peyk sisteminin yaradılması ilə bağlı faktlar müzakirə olunmuşdur.