”Sertifikasiyaya gedəcək müəllimlərlə görüş”

Təhsilverənlərin sertifikatlaşdırma imtahanına hazırlaşan müəllimlərlə diskussiya xarakterli görüş keçirildi.
İbtidai sinif müəllimi B.Şəbnəm müəllimlərə sertifikasiya imtahanı, qaydaları haqqında məlumat verdi.Birlikdə müzakirələr aparıldı.
Qeyd edək ki, sertifikatlaşdırma müəllimlərin peşəkarlıq səviyyələrinin yoxlanılması məqsədilə keçirilir.Sertifikatlaşdırma zamanı təhsilverənlərin peşə yararlılıqlarını yoxlamaq, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənmək üçün fürsət yaranır.