Məktəbəhazırlıq qruplarına tədris ləvazimatları hədiyyə edilib

Məktəbizimin məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlara təsərrüfat müdiri Tutuxanım Kərimova və məktəbin direktoru Günel Fətəliyevanın iştirakı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən hədiyyə olunmuş tədris ləvazimatları (pozan,xətkeş,albom,qayçı, rəngli kağız, kley, marker, sadə karandaş və s.) paylanıldı. Uşaqlar bu hədiyyələri çox böyük sevinclə qəbul etdilər.
Tədbirin sonunda məktəb rəhbərliyi, kiçik məktəblilərlə səmimi söhbət aparıb, onların tədris ilinə olan gözləntilərini və arzularını dinləyiblər. Bu cür söhbətlər uşaqların məktəbə olan marağını artıraraq, onların təhsillə bağlı motivasiyalarını gücləndirir.
Bu tədbir, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlara lazımi tədris vasitələrinin təqdim edilməsi və onların təhsilə olan marağının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.